Aqşın Abdullayev konsert proqramı ilə çıxış edib

Əməkdar artist Aqşin Abdullayev “Əbədi Sevgi” adlı konsert proqramı ilə çıxış edib. Konsert 1 fevral  Heydər Əliyev sarayında baş tutub. Səhnədə Aqşın Abdullayevi Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və Aqdivo orkestri müşayiət edib.

“Talant” rəqs qrupun çıxışları gecəyə xüsusi rəng qatıb.

Konsertin rejissoru – Ülviyyə Könüldür.

Konserti dahi Üzeyir Hacıbeylinin “Çənlibel” əsəri açdı.

“Əbədi sevgi” mahnısını ifa edərkən Aqşın Abdullayev vurğuladı ki, bu mahnı repertuarında olan ən sevdiyi mahnıdır:  “Musiqisi Ceyhun Allahverdiyevə, sözləri Maya Heydərqızına məxsusdur. Mən bu dünyada sevgi ilə yaşayıram. Sənətimi də, tamaşaçılarımı da çox sevirəm. Onlar üçün ən gözəl mahnıları ifa edirəm. Sənət sevgim əbədi sevgimdir. Bu konsert də “Əbədi sevgi”min etirafıdır”.

Konsertdə xalq artistləri Həmidə Ömərova və  Sabir Məmmədov yer aldı.

Bu gecə tamaşaçılar Aqşin Abdullayevin ən məşhur əsərlərini dinləyib, eyni zamanda sənətçinin yeni musiqi əsərləri ilə tanış oldular.

Konsert böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►
City Life

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci Bu il Novruzun gəlişi və müqəddəs…
►►►
City Life

AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq

AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində…
►►►