Azərbaycan və Monqolustan yeni nəqliyyat marşrutlarının yaradılmasını müzakirə ediblər

Monqolustan Azərbaycanla nəqliyyat və logistika sektorunda səmərəli əməkdaşlığı inkişaf etdirmək arzusunda olduğunu bildirib.

Monqolustanın milli xəbər agentliyi MONTSAME-nin yaydığı məlumata görə, bu barədə Ulan-Batorda Monqolustanın nəqliyyat və avtomobil yolları naziri Borxuuqiyn Delgersayxan ilə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı çərçivəsində Azərbaycanın beynəlxalq nəqliyyat sektorunun qovşaq nöqtələri olan dəmir yolu şəbəkəsi və avtomobil nəqliyyatı əlaqələrindən istifadə, Asiya ilə Avropanı birləşdirən yeni nəqliyyat marşrutlarının yaradılması, habelə yükdaşıma qabiliyyətinin artırılması istiqamətində birgə işlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►