Ötən il 391,2 milyon manat dəyərində mebel istehsal edilib

2024-cü ilin yanvar-dekabr ayları ərzində ölkədə 391,2 milyon manat dəyərində mebel istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, bir il öncəki göstəricini 45,9 faiz üstələyir.

Ötən ilin noyabr ayı ilə müqayisədə isə dekabrda istehsal dəyərində 57,2 faiz artım qeydə alınıb. Dekabr ayında 55,8 milyon manat dəyərində mebel istehsal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə ötən il ölkəyə 164,4 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub ki, bu da 2023-cü ilin göstəricisindən 24,4 faiz çoxdur.

Qeyd edək ki, 2024-cü ildə bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,78 faizə bərabər olub.

Əlaqədar məqalələr
Made in Azerbaijan

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür 11 fevral 2015-ci il tarixində…
►►►
Made in Azerbaijan

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib Ölkəmizin milli…
►►►
Made in Azerbaijan

“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib

“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib Azərbaycanın…
►►►