KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib

Sertifikat KOBİA-da sahibkarların şikayətlərinə baxılması prosesinin keyfiyyətinin yüksəlməsinə və sahibkar məmnunluğunun daha da artmasına xidmət edəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ISO 10002:2018 “Keyfiyyətin idarə edilməsi, Müştəri məmnuniyyəti, Təşkilatlarda şikayətlərə baxılması üzrə təlimatlar” beynəlxalq standartı üzrə sertifikat təqdim edilib. Bu beynəlxalq standart şikayətlərin quruma daxil olması, onların nəzərə alınması, həlli və cavablandırılması prosesini qiymətləndirir, şikayətlərə baxılması işinin daha effektiv həyata keçirilməsi üzrə tələbləri müəyyən edir. 

2024-cü ilin sonlarında başlayan sertifikatlaşma prosesi çərçivəsində Agentliyin müvafiq sahədə prosedurları və iş təcrübəsi daha da təkmilləşdirilərək beynəlxalq standartın tələblərinə uyğyunlaşdırılıb, KOBİA-nın aidiyyəti struktur bölmələrinin əməkdaşları təlimlərə cəlb olunub.

Sertifikat KOBİA-da sahibkarların şikayətlərinə baxılması prosesinin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə və sahibkar məmnunluğunun daha da artırılmasına xidmət edəcəkdir. 

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►