AccessBank-dan 12+0,25 faizlik depozit imkanı
Sizin yerli Avropa bankınız – AccessBank,müştərilərinə yüksək gəlir və əlavə bonuslar əldə etmək imkanı qazandıran yeni depozit təklifi təqdim edir. Məqsədimiz müştərilərimizə əmanətlərin səmərəli idarə edilməsi üçün maliyyə həllərinin təqdim edilməsidir.
![](https://rockvell.com/wp-content/uploads/2025/02/1x1.png)
Yeni təklif ilə AccessBank-ın müddətli depozitinə pul yatıranlar 12%-dək gəlirlə limitlənmir. 100 000 AZN-dən yuxarı əmanət yerləşdirənlər illik 12 %-dək gəlir + 0,25 % bonus qazanmaq imkanı əldə edir. Qeyd edək ki, + 0,25 % bonus imkanı – müddəti 18-24 ay olan, faizləri müddətin sonunda götürmək şərti ilə açılan əmanətlər üzrə keçərlidir.
Müddətli əmanət haqqında ətraflı məlumat: https://bit.ly/3xSA8zS
AccessBank-da depozit yerləşdirməyin üstünlükləri:
- Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.
- Sərfəli depozit faizi əldə edirsiniz.
- Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
Siz də pulunuzu AccessBank-a yatırın, gəlirinizi daha da artırın!
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .