“Azerconnect Group” “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik” tədbirində iştirak edib

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik” mövzusuna həsr olunan tədbirdə iştirak edib. Görüşə dövlət qurumları, telekommunikasiya provayderi və operatorlarının, həmçinin digər özəl təşkilatların aidiyyəti sahə üzrə məsul rəhbər şəxsləri və nümayəndələri qatılıblar.

Tədbir zamanı iştirakçılar telekommunikasiya sahəsində çağırışlar, bu sahədə beynəlxalq təcrübə və mövcud kibertəhdidlərə qarşı mübarizə məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, yeni texnologiyalar, xüsusi ilə süni intellektin inkişafı kibertəhdidlərin real vaxt rejimində aşkarlanması, mürəkkəb kiberhücumların qarşısının alınması, böyük məlumatların təhlili və insidentlərə cavab proseslərinin avtomatlaşdırılması kimi sahələrdə yeni yanaşmalar tətbiq etməyə imkan verir. Görüşdə, həmçinin kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə cəmiyyətdə maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi, ixtisaslı kadrların hazırlanmasının əhəmiyyəti, bu prosesdə dövlət-özəl tərəfdaşlığının rolu vurğulanıb. 

Qeyd edək ki, “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik” mövzusuna həsr olunan dəyirmi masa formatında müzakirələr Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) təşkilatçılığı ilə baş tutub. AKTA kibertəhlükəsizlik və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən ekspert, şirkət və təşkilatların vahid platformasıdır.

Ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►