Diplomatiya Könüllülərinin Bakı Limanına səfəri

Diplomatiya Könüllüləri Bakı Limanına səfər edib. Səfər çərçivəsində gənclər limanın fəaliyyət istiqamətləri, beynəlxalq ticarətdə oynadığı rol və müasir logistika sistemləri barədə geniş məlumat əldə ediblər. Tədbir zamanı könüllülərə nəqliyyat infrastrukturunun inkişafı, multimodal daşımaların əhəmiyyəti və rəqəmsal texnologiyaların logistika sahəsində tətbiqi ilə bağlı təqdimatlar keçirilib. Gənclər limanın əməliyyat proseslərini müşahidə edərək yük daşımalarının idarə olunması və logistika proseslərinin effektiv təşkili barədə ətraflı məlumat alıblar.

Bundan əlavə, könüllülərə ekoloji cəhətdən dayanıqlı nəqliyyat sistemlərinin əhəmiyyəti və “Yaşıl Liman” konsepsiyası haqqında məlumat verilib.

Səfərin sonunda könüllülər əldə etdikləri bilik və təcrübənin onların gələcək karyera inkişafında mühüm rol oynayacağını vurğulayıblar.

Əlaqədar məqalələr
City Life

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert…
►►►
City Life

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək Avropa İttifaqının (Aİ)…
►►►
City Life

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz....

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard…
►►►