Türkiyənin məşhur müğənnisi Gökhan Özen Bakıda konsert proqramı ilə çıxış edib

16 fevral Türkiyənin tanınmış müğənnisi Gökan Özen  Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Müğənni səhnədə canlı orkestr və rəqqasələri müşaiyət edib.

Gecədə pop ulduz sevilən hit mahnılarını bir-birinin ardınca ifa edib. Onların arasında-“Ne farkeder”, “Budala”, “Korkak”, “Aramazsan arama”, “Civ civ” , “Herşeyde biraz sen varsın”, “Bize aşk lazım” və s.

Bu axşam  G. Özen öz hitləri ilə yanaşı milli musiqimizə də müraciət edib. O, dillərdə əzbər olan “Ayrılıq” mahnısını oxuyub.

Unudulmaz anlar yaşayan gecənin qonaqları sənətçinin mahnılarının sədaları altında bolluca rəqslər edərək musiqiləri birgə səsləndiriblər.

“Event Office” tərəfindən təşkil olunan konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.


Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►