Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək  oldu

“Huma Quşu” təhsilə yardım fondu Azercell-in dəstəyi ilə qadınlar üçün təqaüd proqramını elan edir


Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı”nın qalibləri fəaliyyətlərini uğurla davam edir. Qeyd edək ki, 2024-cü ilin avqust ayında elan edilən bu sosial layihə müsabiqəsi qadınların iqtisadi müstəqilliyini dəstəkləyən təşəbbüsləri ön plana çıxararaq inklüziv cəmiyyətin qurulmasına töhfə verir.

 Proqram qaliblərindən biri olan “Huma Quşu” təhsilə yardım fondu həssas qruplardan olan gənc qadınlar üçün daha geniş təhsil imkanları yaratmağı hədəfləyən təqaüd proqramını elan edir.

“Huma Quşu” proqramının əsas məqsədi qadınların təhsilə çıxışını asanlaşdırmaqla onların sosial fəallığını artırmaq, cəmiyyətdə mövqelərini gücləndirmək və rifahlarını yüksəltməkdir. 2022-ci ildən  ildən etibarən fəaliyyət göstərən “Huma Quşu” təhsilə yardım fondu bugünədək 30 tələbəyə təhsil almağa dəstək olub. Yeni proqram çərçivəsində  5 namizədin təhsil xərclərinə dəstək göstərilməsi planlaşdırılır.

“Huma Quşu” təqaüd proqramına həm Azərbaycanda, həm də xaricdə bakalavr və magistratura pillələrində təhsil alan 16-35 yaş arası gənc qızlar və qadınlar müraciət edə bilərlər. Müraciət üçün tələb olunan sənədləri HumaGushuFund@gmail.com ünvanına fevral ayının 20-dək  göndərmək tələb olunur.

 Ətraflı məlumat əldə etmək üçün https://humagushu.az/ səhifəsinə keçid edə bilərsiniz.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►