“Rəqəmsal Məktəb” platformasına “SİMA İmza” ilə daxil ol!

Azərbaycanda onlayn təhsil platforması olan “Rəqəmsal Məktəb” (www.reqemsal.edu.az) fəaliyyətə başlayıb. İlkin mərhələdə Bakı məktəbləri üçün tətbiq edilən platformaya “digital.login” vahid giriş sistemi üzərindən “SİMA İmza” ilə giriş təmin edilib.

Platformada “Şagird”“Valideyn”“Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur ki, bu da hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. Platformada şagirlər dərslər və ev tapşırıqları ilə tanış olma, valideynlər övladlarının dərslərlə bağlı fəaliyyət və nəticələrinin izlənilməsi, müəllimlər elektron jurnal platformasına çıxış, məktəb rəhbərləri isə tədrisin effektivliyi, qiymətləndirmə və s. kimi imkanlar əldə edəcəklər.

“Rəqəmsal Məktəb” platforması təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.

Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb

Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb Azərbaycanın…
►►►
Elm / Texnologiya

"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı!

“AIM Congress”in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı! 7-9 aprel…
►►►
Elm / Texnologiya

İnnovativ startapların böyük hədəfləri

İnnovativ startapların böyük hədəfləri Azərbaycanda artıq 192 KOB subyekti “Startap”…
►►►