Yelo Bank inklüziv məşğulluğu dəstəkləyir

Yelo Bank inklüziv iş mühitinin formalaşdırılmasını dəstəkləməyə və hər kəs üçün bərabər karyera imkanları yaratmağa davam edir. Bu istiqamətdə növbəti addım olaraq Bankın işəqəbul komandası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib. Tədbir çərçivəsində namizədlərlə birbaşa görüşlər keçirərək bankda mövcud karyera imkanları və aktiv vakansiyalar barədə geniş məlumat verildi.

Yelo Bank əlilliyi olan şəxslərin peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləməyə xüsusi önəm verir. Bu səbəbdən, inklüziv və əlçatan iş mühiti yaratmaq istiqamətində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Yelo Bank ölkəmizdə keçirilən əmək yarmarkalarında fəal iştirakını artıq bir ənənəyə çevirib. Bankda təcrübəsi olmayan gənclər üçün bir sıra karyera inkişafı layihələri təşkil olunur. Bu layihələr həm maarifləndirici, həm də real iş təcrübəsi qazandırmaqla yanaşı, seçilən iştirakçılara Bankda işə düzəlmək şansı da yaradır. Layihələr haqqında xəbərdar olmaq üçün Bankın rəsmi veb-saytını, həmçinin, “Yelo Team” sosial media hesablarını izləyə bilərsiniz. Aktiv vakansiyalarla tanış olmaq üçün: https://bit.ly/3QKlq4d

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Sahibkarlar “Big 5 Global UAE 2025” sərgisinə dəvət olunurlar

Sahibkarlar “Big 5 Global UAE 2025” sərgisinə dəvət olunurlar Azərbaycan…
►►►
İqtisadiyyat / Biznes

KOB subyektləri ikişaf edir

KOB subyektləri ikişaf edir Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq…
►►►
İqtisadiyyat / Biznes

Mikro kredit sahəsində karyera qurmaq istəyənlərin nəzərinə!

Mikro kredit sahəsində karyera qurmaq istəyənlərin nəzərinə! Yelo Bank gənclərin…
►►►