CineMastercard-da “Tur Rehberi” türk komediyası

Eksklüziv olaraq “CineMastercard” premium kinoteatrlar şəbəkəsində fevralın 20-dən BKM studio tərəfindən “Tur Rehberi” türk komediyasının nümayişi başlayır.

Filmin rejissoru Hakan Algül.

Rolları Cem Gelinoğlu, Alp Öyken, Atılgan Gümüş və balaca aktrisa Melisa Duru Ünal canlandırıblar.

Film, tur bələdçisinin tur zamanı qrupunu həyatda saxlamaq üçün var gücü ilə mübarizə aparmasından bəhs edir. Gənc tur bələdçisi Ercüment ölməyə and içmiş bir qrup yaşlı turistlə səyahətə çıxanda başına nə gələcəyini bilmir. O, həyatının ən çətin səyahətinə çıxır və hər şeyin planlaşdırıldığı kimi getmədiyi gözlənilməz hadisələrin mərkəzində olur.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►