Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi

Yelo Bank kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi və sahibkarlara dəstək məqsədilə İmişlidə keçirilən Aqrar Biznes Festivalında yer aldı. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda geniş panel müzakirəsi keçirildi.

Paneldə çıxış edən Yelo Bank nümayəndəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarları maraqlandıran suallara cavab verərək, kredit müraciətləri, faiz dərəcələri və maliyyələşmə mexanizmləri haqqında ətraflı məlumat verdi. Fermerlərin bizneslərini böyütməsi üçün mövcud maliyyə həlləri və yeni imkanlar müzakirə olundu.

Festival çərçivəsində keçirilən “Kredit yarmarkası”nda isə Yelo komandası fermerlər və sahibkarlarla birbaşa görüşlər keçirərək, onların ehtiyaclarını dinlədi və potensial əməkdaşlıq imkanlarını müzakirə etdi.

Yelo Bank fermerlərə və aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dəstək göstərməyə, onların maliyyələşmə imkanlarını genişləndirməyə davam edəcək. Bankın fermer təsərrüfatını genişləndirmək üçün təklif etdiyi məhsullarla tanış olun: https://bit.ly/ylkmghs

Bank xidmətləri, eləcə də agro kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Sahibkarlar “Big 5 Global UAE 2025” sərgisinə dəvət olunurlar

Sahibkarlar “Big 5 Global UAE 2025” sərgisinə dəvət olunurlar Azərbaycan…
►►►
İqtisadiyyat / Biznes

KOB subyektləri ikişaf edir

KOB subyektləri ikişaf edir Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq…
►►►
İqtisadiyyat / Biznes

Mikro kredit sahəsində karyera qurmaq istəyənlərin nəzərinə!

Mikro kredit sahəsində karyera qurmaq istəyənlərin nəzərinə! Yelo Bank gənclərin…
►►►