Belçika nümayəndə heyəti ilə görüş keçirilib

Görüş zamanı tərəflər arasında ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsi məqsədilə birgə fəaliyyətin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Belçika nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyəti Belçikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Culyen de Frepo və Belçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qoris ilə təmsil olunub.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verərək bu təşəbbüslərdə Belçika şirkətlərinin iştirak perspektivlərinə toxunub. Həmçinin Azərbaycanın ixrac potensialı və Belçika bazarına çıxış imkanları da qeyd edilib.

Belçikanın Azərbaycandakı səfiri Culyen de Frepo və Belçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qoris Belçikada Azərbaycan biznesi üçün əlverişli şərait yaratmaq, iş adamları arasında əlaqələri gücləndirmək və investisiya qoyuluşunu təşviq etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini bildiriblər.

Görüşün sonunda tərəflər qarşılıqlı səfərlərin və işgüzar missiyaların təşkil olunmasının əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından vacib olduğunu vurğulayıblar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası…
►►►
İqtisadiyyat / Biznes

Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı

Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı Birbank…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi

Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi Yelo Bank kənd təsərrüfatı sektorunun…
►►►