“Bu şəhərdə”nin “Plastik əməliyyat” adlı konserti baş tutdu

22 və 23 fevral “Bu şəhərdə” “Plastik əməliyyat” adlı konsert proqramı ilə Heydər Əliyev Sarayının səhnəsində çıxış etdi.

Aparıcılığını Saleh Bağırov etdiyi gecəni izləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simaları, məşhur idmançılar,  ictimai xadimlər, şəhid ailələri var idi.

Respublikanın Əməkdar Artistləri Rafael İsgəndərov və Coşqun Rəhimov bir-birindən maraqlı səhnəciklər nümayiş etdiriblər. Onların arasında –” Plastik əməliyyat” səhnəciyi, qaynata və kürəkən, gəlin və qaynana mövzusuna həsr olunmuş
“Qaynatanın vəsiyyəti” , “Quymaq” səhnəcikləri.

Gənc istedadlı müğənni Çinarə Məlikzadənin və Zəminə Rəhimovanın, meyxanaçı Balalinin  və ”Abidance show” rəqs qrupun çıxışları gecəyə xüsusi rəng qatdı.

Konsertin sonunda Rafael İsgəndərov ənənəyə sadiq qalaraq  Sirtuş Çölçəmənli obrazını canlandırdı.

 “Bu şəhərdə”nin “ Plastik əməliyyat” adlı konserti böyük anşlaqla keçdi.

10 və 11 may Heydər Əliyev sarayın səhnəsində ” Bu şəhərdə”nin növbəti ” Saz” adlı konsert proqramı  keçiriləcək.  Biletlər artıq satışda!

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►