“Legion Financial” ASC-in istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

25 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2004025469
İstiqrazların növü və formasıİstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/formasıKütləvi / Birqəymətli
İstiqrazların sayı1,000 ədəd
İlkin ticarət qiyməti1,000 manat
İstiqrazların buraxılış həcmi1,000,0000 manat
İllik gəlirlilik faizi16,5%
Ödəmə Perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 (otuz) gündən bir 
Tədavül müddəti5 il
Ticarətə buraxılma tarixiEmitent tərəfindən bildiriləcək
Anderrayter“Unicapital İ.Ş.” QSC