BOKT “International” ASC-nin səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi baş tutacaqdır
25 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

BOKT “International” ASC-nin abunə yazılışı 27.02.2025-ci ildə başlayaraq 10 gün davam edəcək və martın 9-u yekunlaşacaqdır.
Qeyd olunan səhmlərin yerləşdirilməsi üzrə hərrac 11.03.2025-ci il tarixində keçiriləcəkdir.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | BOKT “International” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001021026 |
Səhmin növü və forması | Adi, adlı, sənədsiz səhm |
Ticarət üsulu / forması | Kütləvi / Abunə yazılışı |
Səhmlərin sayı | 2,000 ədəd |
İlkin ticarət qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 2,000,000 manat |
Ticarətə buraxılma tarixi | 11.03.2025 |
Anderrayter | “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |