BOKT “AZKREDİT”-in səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır

11 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “AZKREDİT” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. 

BOKT “AZKREDİT” ASC-nin səhmlərinin abunə yazılışı 20.02.2025-ci il tarixində başlayıb, 24.02.2025-ci il tarixində bitmişdir.

Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 26.02.2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.17 bəndinin tələblərinə cavab verdiyinə görə, Standart Bazar Listinq seqmentinə alınır.                 

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adıBOKT “AZKREDİT” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ1001023360
Səhmin növü və formasıAdi, adlı, sənədsiz səhm
Ticarət üsulu / formasıKütləvi / Abunə yazılışı
Səhmlərin sayı3,000 (ədəd)
İlkin ticarət qiyməti100 manat
Buraxılış həcmi300,000 manat
Hərrac qiyməti100 manat
Reallaşdırılmış həcm300,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)300,000 manat
İnvestor sayı1
Sifariş sayı1
Ticarətə buraxılma tarixi26.02.2025
Anderrayter“İnvest-AZ İnvestisiya Şirkəti” QSC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Sahibkarlar “Big 5 Global UAE 2025” sərgisinə dəvət olunurlar

Sahibkarlar “Big 5 Global UAE 2025” sərgisinə dəvət olunurlar Azərbaycan…
►►►
İqtisadiyyat / Biznes

KOB subyektləri ikişaf edir

KOB subyektləri ikişaf edir Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq…
►►►
İqtisadiyyat / Biznes

Mikro kredit sahəsində karyera qurmaq istəyənlərin nəzərinə!

Mikro kredit sahəsində karyera qurmaq istəyənlərin nəzərinə! Yelo Bank gənclərin…
►►►