10 tələbə Azercell-dən təqaüd qazanıb 

Şirkət “Tələbə Təqaüdü 2025” proqramının qaliblərini elan edib.

Azercell “Parlaq gələcəyə yaxın ol!” şüarı ilə həyata keçirilən “Tələbə Təqaüdü 2025” proqramının qaliblərini təbrik edib.  Şirkət daha 10 tələbəyə təhsil müddətinin sonunadək hər ay təqaüd ayıracaq.

Seçim prosesi boyunca Azercell nümayəndələri həmçinin bir sıra universitetlərdə tələbələrlə görüş keçirib, şirkətin təqaüd və karyera imkanları barədə məlumat veriblər. Proqrama ölkənin müxtəlif ali məktəblərindən 450 tələbə müraciət edib. Namizədlər beş mərhələli seçim çərçivəsində yazılı tapşırıqlar, elmi potensialın qiymətləndirilməsi və müsahibələr əsasında dəyərləndirilib.

Bu il təqaüd proqramında Kibertəhlükəsizlik, Data Elmləri, Süni İntellekt, Radiotexnika və Telekommunikasiya mühəndisliyi, İnformasiya Texnologiyaları ixtisasları üzrə təhsil alan tələbələr fərqləniblər. 

Təqaüdlə yanaşı, qaliblər həmçinin Azercell-də təcrübə keçmək, peşəkar inkişafını gücləndirmək üçün müxtəlif təlimlərdə iştirak etmək, şirkətin korporativ tədbirlərinə qatılmaq və telekommunikasiya sahəsində biliklərini artırmaq imkanı da əldə edəcəklər.

Qeyd edək ki, istedadlı gənclərə daima dəstək olan Azercell 16 il ərzində 300-dən çox tələbəyə təqaüd ayırıb.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu SİMA yeni nəsil…
►►►
Elm / Texnologiya

Azercell dünya çempionlarını təbrik etdi

Azercell dünya çempionlarını təbrik etdi İyun ayının 18-də Azercell Telekom Minifutbol…
►►►
Elm / Texnologiya

Hakerlər “Z” nəslinə hücum edirlər....

Hakerlər “Z” nəslinə hücum edirlər: saxta saytlar, oyun tələləri və yayım…
►►►