Biznesin rəqəmsallaşmasına dair maarifləndirici görüş keçirilib

Müasir dövrün çağırışlarından olan rəqəmsallaşma bizneslər üçün də aktualdır. Sahibkarlıq fəaliyyətinin rəqəmsallaşdırılması biznesin işini asanlaşdırmaqla, daha effektiv və səmərəli idarəetməni təmin edir, rəqabət qabiliyyətini, müştəri məmnuniyyətini və satışı artırır, xərcləri azaldır. Bununla belə, rəqəmsal bacarıqlar mütəmadi olaraq inkişaf etdirilməli, tətbiq olunan alətlər yeniləri ilə əvəz edilməlidir. Rəqəmsallaşma ilə bağlı ən vacib məsələlərdən biri isə təhlükəsizlikdir. Şirkət və müştəri məlumatlarının, eləcə də digər informasiyaların qorunması üçün bizneslər lazımi tədbirlər görməlidir.

Bu barədə bizneslərin rəqəmsallaşmasının önəmi və təşviqi, bu sahədə mövcud dəstək alətləri barədə sahibkarların məlumatlandırılması üçün təşkil olunmuş tədbirdə məlumat verilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə onlayn formatda keçirilən maarifləndirici görüşdə 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.

Tədbirdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndəsi rəqəmsal transformasiyanın əhəmiyyəti, strateji hədəflər və rəqəmsallaşmanın sahibkarlıq sahəsinə təsiri barədə təqdimatla çıxış edib.

KOBİA tərəfindən isə dövlətin innovativ sahibkarlığa dəstəyi, bu istiqamətdə güzəştlər barədə məlumat verilib. Qeyd olunub ki, sahibkarlar innovativ layihələrin maliyyələşdirilməsi üçün dövlətin güzəştli kredit və qrant kimi maliyyə alətlərindən, vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsindən və Texnologiyalar Parkının rezidentləri üçün azadolmalardan istifadə edə bilərlər. Bundan başqa, KOB-ların rəqəmsal bacarıqlarının artırılması üçün KOBİA tərəfindən ödənişsiz təlimlər keçirilir, məsləhət xidməti göstərilir.

Görüşün sonunda sahibkarların rəqəmsallaşma ilə bağlı çətinlikləri və ehtiyacları dinlənilib, sualları cavablandırılıb.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir

Azercell “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir Azercell-in dəstəyi…
►►►
Elm / Texnologiya

“Netflix”, “Roblox” və “Discord” hesblarından sızmış məlumatlar

Kaspersky: “Netflix”, “Roblox” və “Discord” hesblarından sızmış məlumatların 7%-i…
►►►
Elm / Texnologiya

İRİA-nın “Xsolla” və yerli oyun studiyaları arasında görüşü keçirilib

İRİA-nın “Xsolla” və yerli oyun studiyaları arasında görüşü keçirilib İnnovasiya…
►►►