Ərəb ölkələri – Mərkəzi Asiya – Azərbaycan biznes forumu keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində “Investopia 2025” tədbiri çərçivəsində Ərəb ölkələri – Mərkəzi Asiya – Azərbaycan biznes forumu keçirilib. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli forum çərçivəsində təşkil edilən tədbirlərdə iştirak edib.

Forum çərçivəsində “Regional dəhlizlər: biznes imkanlarının yaradılması” mövzusunda keçirilən panel iclasda çıxış edən iqtisadiyat nazirinin müavini ölkəmizin ərəb dövlətləri ilə Mərkəzi Asiya arasında kəsişən strateji mövqedə yerləşməsinin çoxtərəfli regional əməkdaşlığın inkişafında rolundan bəhs edib.

Tədbirdə ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Vurğulanıb ki, Ələt Azad İqtisadi Zonası, həmçinin şirkətlər üçün müasir infrastruktura çıxış, vergi güzəştləri və bir sıra biznesə dəstək xidmətləri təklif edən sənaye parkları sərmayədarlar üçün geniş imkanlar yaradır, biznesin inkişafı üçün dinamik mühiti təmin edir.

Nazirlərin Dəyirmi Masasında Ərəb ölkələri – Mərkəzi Asiya – Azərbaycan biznes forumu yekunlarına dair “Abu-Dabi Kommunikesi” qəbul olunub.

Sənəddə ərəb ölkələri, Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi, nəqliyyat marşrutlarının inkişaf etdirilməsi, güclü logistika və ticarət şəbəkələrinin qurulması, təhsil mübadiləsi və s. məsələlər öz əksini tapıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►