“Azerbaijan Business Award” 2024 mükafatının təqdimat mərasimi keçirildi

1 mart 2025-ci il tarixində “Buta Palace”da 2024-cü ilin yekunlarına əsasən “Azerbaijan Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə ümumilikdə dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 300 nəfər iştirak edirdi.

Mükafat laureatları tikinti və tikinti materiallarının istehsalı, əczaçılıq, qida sənayesi, quşçuluq, bank sektoru və digər sahələri təmsil edir.

“Azerbaijan Business Award” mükafatının partnyorları Hyundai Azərbaycan və Faberlic, tədbirin dostları isə Şelkovo Agroxim, Gerofarm, AzGeo, Aymar Co, Merit Brand, Miri 1996,

Bizon, Almond Cake & Bakery, Paloma Leather, RV Best и King’ Style Tie & Parfumşirkətləri idi.

“Buta Palace”da təşkil edilən tədbirdən əvvəl “Azerbaijan Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edildi.

Bundan başqa “Azerbaijan Business Award” mükafatının partnyoru, Auto Azerbaijan Hyundai Grandeur avtomobilini təqdim edib.

Bu axşam qonaqlar və mükafatçılar canlı musiqi ifasından da məmnunluq hissi duydular.

Tədbirin informasiya tərəfdaşları arasında Marja.az, Arb24, Rockvell və İnsider.az  var.

“Azerbaijan Business Award” 2024 mükafatının laureatları

Elnarə Qasımova
İlın biznesmeni. Lift avadanlıqlarının satışı və servisi
Tofiq Kərimli
Layihələndirmə və mühəndislik sahəsində ilin biznesmeni
İltimas Nəbiev
Layihə idarəçiliyi üzrə mütəxəssis
Müşfiq Hüseynov
Elektrik işləri və tikinti-təmir işləri üzrə ilin biznesmeni
Rusiya İxracat Mərkəzi
Azərbaycanda xarici milli brendin inkişafına görə
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO)
Azərbaycanda ixrac və investisiyaların təşviqi sahəsində əldə edilmiş yüksək nəticələrə görə
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)
Azərbaycanda kiçik və orta biznesin inkişafına verdiyi töhfəyə görə
Premium Bank (Miles Card)
İlin bank məhsulu
R-Pharm
Milli sənaye əczaçılığının yaradılmasına verdiyi töhfəyə görə
BRPG
Sənaye tikintisi, modul evlərin istehsalı və tikintisində əldə etdiyi nailiyyətlərə görə
Matanat-A (AĞDAĞ gipskarton plitələri)
İlin tikinti materialı
FAB Boya və Kimya Sənayesi
İlin şirkəti. Yüksək keyfiyyətli boyaların istehsalı
Şirvan Quşçuluq Şirkəti
Yüksək keyfiyyət standartları. Quşçuluq.
CAMAL LTD
İlin şirkəti. Dondurma istehsalı
Slavyanka
İlin brendi
Şəki Şərab Şirkəti
İlin şərabçılıq şirkəti
Kargomat
Poçt xidmətləri və logistika sahəsində ilin şirkəti
Kärcher Azərbaycan
Məişət və peşəkar texnika sahəsində ilin brendi
TVNET
Telekommunikasiya sahəsində müasir həllərin tətbiqinə görə