Sahibkarlar Özbəkistanda keçiriləcək beynəlxalq sərgilərə dəvət olunur

2025-ci il ərzində Özbəkistanın Daşkənd şəhərində “International Expo Group” şirkəti tərəfindən 11 beynəlxalq sərginin keçirilməsi planlaşdırılır.

Sərgilər mədənçilik, metallurgiya, xüsusi hərbi texnika və nəqliyyat, avtomobil və kimya sənayesi, tikinti texnikası və avadanlıqları, əczaçılıq, enerji, kənd təsərrüfatı texnikası, bitkiçilik, heyvandarlıq, qida sənayesi, ticarət və soyuducu avadanlıqlar, qida məhsulları və içkilər, qablaşdırma istehsalı texnologiyaları və digər sahələrə həsr olunacaq. 

Builki sərgilərin cədvəli və tədbirlər haqqında ümumi məlumatı bu link vasitəsilə əldə etmək olar.

Sərgilərdə iştirak etmək istəyən sahibkarlar aşağıdakı telefon nömrələri vasitəsi ilə əlaqə saxlaya bilərlər:

Tel.: (+998 71) 238 59 59; (+998 93) 390 01 79 (“Telegram”, “WhatsApp”, “WeChat”)

Əlaqələndirici şəxs: Gülşən Çalova.