“KOB bazar” satış yarmarkası başlayır

Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcəkdir.

Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışına dəstək olmaq, eləcə də istehlakçıları birbaşa kənd təsərrüfatı və qida məhsullarının istehsalçıları ilə əlaqələndirmək məqsədilə martın 5-dən etibarən “KOB bazar” satış yarmarkasına start verilir.

Yarmarka Binəqədi rayonunda Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində yerləşir. Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək. Yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.

“KOB bazar”ın üstünlükləri:

  • Təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsulları;
  • Məhsulları birbaşa istehsalçıdan almaq;
  • Ucuz və sərfəli qiymət;
  • KOB-ların məhsullarının satışına dəstək.

Bakı sakinlərini və şəhərimizin qonaqlarını alış-verişləri üçün martın 5-dən fəaliyyət göstərəcək “KOB bazar”a dəvət edirik.

Qeyd edək ki, “KOB bazar” satış yarmarkası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə, dövlət dəstəyi hesabına fəaliyyət göstərəcəkdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►