Güzəştli kreditlər üzrə 2025-ci il üçün prioritet istiqamətlər müəyyən olunub
Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə 2025-ci il üçün iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətlər müəyyən olunub.

Fondun məlumatına görə, prioritet istiqamətlər aşağıdakılardır:
– istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi;
– qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal və emal (o cümlədən aqrar emal) yönümlü layihələrin dəstəklənməsi;
– kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü layihələrin dəstəklənməsi;
– logistik xidmət layihələrinin dəstəklənməsi;
– anbar komplekslərinin yaradılması yönümlü layihələrin dəstəklənməsi;
– turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna);
– balıqçılıq və akvakultura, həmçinin akvaponika təsərrüfatlarının yaradılması yönümlü layihələrin dəstəklənməsi;
– yaşıl, rəqəmsal inkişaf və innovasiya yönümlü layihələrin dəstəklənməsi;
– kütləvi informasiya vasitələrinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
– təhsil sahəsi üzrə layihələrin dəstəklənməsi;
– tibb sahəsi üzrə layihələrin dəstəklənməsi;
– xidmət sahələri üzrə layihələrin dəstəklənməsi;
– mədəniyyət və yaradıcı sənayenin inkişafı yönümlü layihələrin dəstəklənməsi.