“Yaşıl enerji” dəhlizinin yaradılması üzrə görüş mühüm nəticələrlə yekunlaşıb

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə nazirlərin/Rəhbər Komitənin Budapeşt görüşü mühüm nəticələrlə yekunlaşıb.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, layihəyə PMI statusunun verilməsi məqsədilə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktubu” imzalanıb.

Həmçinin Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) layihənin daxil edilməsi, Bolqarıstanın layihəyə qoşulması və fiber-optik kabel (FOC) komponent ilə əlaqədar zəruri addımlar razılaşdırılıb. Birgə Müəssisəyə (GECO Power Company) texniki-iqtisadi əsaslandırma ilə bağlı səlahiyyət və öhdəliklərin ötürülməsi ilə bağlı da müvafiq sənəd imzalanıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►