“KREDİT EVİ” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

17 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “KREDİT EVİ” ASC -nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi 04.04.2025-ci il tarixində Bakı Fond Birjasında keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“KREDİT EVİ” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2001021495
İstiqrazların növü və formasıFaizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/formasıKütləvi/ Rəqabətli
İstiqrazların sayı1,000 ədəd
İlkin ticarət qiyməti1,000 manat
İstiqrazların buraxılış həcmi1,000,0000 manat
İllik gəlirlilik faizi17%
Ödəmə PerioduIlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 təqvim günündən 3(üç) iş günü gec olmayaraq
Tədavül müddəti5 il
Ticarətə buraxılma tarixiEmitent tərəfindən bildiriləcək
Anderrayter“PAŞA Kapital İ.Ş.” QSC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank regional şəbəkısini genişləndirir: Yeni filial artıq İmişlidə

AccessBank regional şəbəkısini genişləndirir: Yeni filial artıq İmişlidə AccessBank…
►►►
İqtisadiyyat / Biznes

Sahibkarlar II Azərbaycan–Türkiyə İnvestisiya Forumuna dəvət olunurlar

Sahibkarlar II Azərbaycan–Türkiyə İnvestisiya Forumuna dəvət olunurlar Bu ilin 23 dekabr…
►►►
İqtisadiyyat / Biznes

"GL" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır 1…
►►►