Bakı Fond Birjası “Makroiqtisadi göstəricilərin kapital bazarlarına təsiri” mövzusunda UNEC tələbələri üçün təlim keçirib

17 mart 2025-ci il tarixində “Auditoriyada məzun var” layihəsi çərçivəsində Bakı Fond Birjasının aparıcı iqtisadçısı və UNEC məzunu Ülkər Əhmədova tələbələr üçün “Makroiqtisadi göstəricilərin kapital bazarlarına təsiri” mövzusunda təlimkeçirib. Təlim zamanı Ülkər Əhmədova BFB-nin analitik bülletenini təqdim edib, daha sonra tələbələri komandalara ayıraraq simulyativ keys tapşırıqları verib. Sonda tələbələrin təqdimatı və sual-cavab sessiyası baş tutub.

UNEC-in əsas tədris binasında Bakı Fond Birjasının dəstəyi ilə yaradılmış “Maliyyə laboratoriyası” 2015-ci ildən fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində “Maliyyə laboratoriyası”nda layihə, təlim və seminarların təşkil edilməsi, BFB mütəxəssislərin təcrübəsinin paylaşılması, BFB-də mövcud olan aktiv vakansiyalar və təcrübə proqramları haqda məlumatlandırılması məqsədilə “UNEC”də “Karyera günləri”nin keçirilməsində iştirakı nəzərdə tutulub.

Bakı Fond Birjası və UNEC tələbələrin peşəkar inkişafına dəstək olmaq məqsədilə bu cür əməkdaşlıq tədbirlərini davam etdirməyi planlaşdırır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►