İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

Ölkənin ən sərfəli mobil xidmətlərini təqdim edən “Nar” inklüziv cəmiyyətin inkişafına dəstək məqsədilə “Bütün Vücudlar Danışır” sosial-mədəni layihəsinin iştirakçıları ilə görüş keçirib. Mobil operatorun əməkdaşları layihənin iştirakçıları ilə görüş keçirib və onların rəqslərinə qoşularaq unikal inklüziv təcrübəni birlikdə paylaşıblar.

Görüş zamanı “Nar”ın baş icraçı direktoru Qunnar Panke inklüzivliyin cəmiyyətin inkişafındakı rolunu vurğulayıb: “Hər kəsin cəmiyyətin fəal üzvü olması üçün bərabər imkanlara sahib olması vacibdir. “Bütün Vücudlar Danışır” layihəsi fiziki imkanlarından asılı olmayaraq, hər kəsin özünü ifadə etməsinə və birlikdə dəyər yaratmasına imkan verir. “Nar” olaraq, inklüziv cəmiyyətin qurulmasına töhfə vermək bizim üçün sosial məsuliyyətin vacib hissəsidir. Biz dəstəklədiyimiz təşəbbüslərin real dəyişiklik yaratmasına önəm veririk və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

“Nar” sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi inklüzivliyi və bu yöndə cəmiyyətdə bərabər imkanların yaradılmasını dəstəkləyir. Mobil operator “Bütün Vücudlar Danışır” layihəsinə verdiyi töhfə ilə fiziki məhdudiyyətlərə dair stereotiplərin aradan qaldırılmasına və inklüziv cəmiyyətin qurulmasına dəstək olmağa davam edir.

Əlaqədar məqalələr
City Life

“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib 

“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı…
►►►
City Life

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi AccessBank…
►►►
City Life

Azərbaycan Hava Yolları Milli Mətbuat Günü münasibətilə....

Azərbaycan Hava Yolları Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün…
►►►