“AzerGold” QSC Göygöl rayonunda növbəti sosial yardım aksiyası təşkil edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı münasibətilə bir qrup aztəminatlı ailəyə bayram sovqatları paylayıb. Sosial aksiya Göygöl rayonunun Tülallar və Zurnabad  kəndləri üzrə aztəminatlı ailələri əhatə edib.

Novruz bayramı ərəfəsində Cəmiyyətin nümayəndələri müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını ucqar kəndlərdə yaşayan ailələrə təqdim ediblər. Onlara Novruz bayramı münasibətilə Cəmiyyət adından təbriklər çatdırılıb.

Qeyd edək ki, “AzerGold” QSC-nin hasilat fəaliyyəti apardığı mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrdə mütəmadi olaraq təşkil edilən bu tip sosial yardım aksiyaları dövlət proqramlarına dəstək xarakteri daşıyır. Məqsəd bölgədə yaşayan aztəminatlı ailələrin qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaqdır.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı Qırmızı Ürəklər…
►►►
ROCKVELL BUSINESS

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili…
►►►
ROCKVELL BUSINESS

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək! İstedadların inkişafına kömək…
►►►