Xalq artisti Tünzalə Ağayeva Xankəndidə

Xalq artisti Tünzalə Ağayeva Qarabağımızın ən zəngin və dilbər güşələrindən olan Xankəndiyə yollanıb.

Rockvell xəbər verir ki, buna səbəb orada keçirilən konsert proqramında iştirak idi. İlaxır çərşənbəyə həsr olunan gecədə pop ulduz bir sıra hitlərini səsləndirib.

Uşaqdan-böyüyə hər kəs sevilən müğənni ilə birlikdə bütün mahnıları əzbərə söyləyib. Tünzalə Ağayevanın çıxışı böyük coşqu, izdiham və gür alqışlarla qarşılanılıb. Xalq artistinin çıxışından sonra isə pərəstişkarlar onunla birlikdə fotolar çəkdiriblər. 

İlk dəfədir Xankəndiyə gedən estrada ulduzu sevincini bölüşüb: “İlaxır çərşənbəmiz, Novruzumuz xeyirli olsun. Novruz xeyir, bərəkət, sağlıq gətirsin. Bu, həyatımın ilk səfəri idi Xankəndiyə və məhz belə bir gündə burada səhnə almaq məni çox gürurlandırdı. Xankəndi, səni görmək ən böyük bayramdır”.

Qırmızılara bürünən estrada ulduzunun geyimi də böyük maraqla qarşılanılıb. Onun kardiqanı və ümumilikdə bütöv Novruz obrazı üzərində yerli dizaynerlər çalışıb. Özəl olaraq Xalq artisti üçün toxunulan bu üst geyim gözoxşayıb. Saç düzümü və makiyaj isə stilist Sabir Bağırova məxsusdur. 

Əlaqədar məqalələr
City Life

Bakıda ilk dəfə su üzərində unikal şou!

Bakıda ilk dəfə su üzərində unikal şou! Bakı ilk dəfə açıq havada su üzərində…
►►►
City Life

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu…
►►►
City Life

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib Elm və…
►►►