VTB (Azərbaycan) ilə Rusiyadan asanlıqla pul köçürün

VTB (Azərbaycan) Rusiyadan pulköçürmə imkanlarını daha asan etdi. İndi müştərilər pulköçürməni VTB-dəki rubl hesabından həyata keçirə bilər, pul isə dərhal alıcının VTB (Azərbaycan)-daki mövcud hesabına, milli valyutada – Azərbaycan manatında köçürüləcək. Xidmət «VTB Onlayn» tətbiqində və VTB-nin İnternet bankında mövcuddur.

“Biz müştərilərimizə Rusiyadan yalnız telefon nömrəsi ilə pul almaq üçün rahat imkan yaratdıq. Vəsait köcürdükdən sonra dərhal Azərbaycan manatı ilə və sərfəli məzənnə ilə hesaba köçürülür ki, bu da prosesi sadə və daha sürətli edir. Bu xidmət transsərhəd köçürmələrə artan tələbat fonunda xüsusilə aktualdır: 2024-cü ilin sonuna Rusiya bankları ilə VTB (Azərbaycan) arasında maliyyə əməliyyatların həcmi 31 milyon manata çatıb, tranzaksiyaların sayı isə – 5,6 mini ötüb”, – deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin qeyd edib.

VTB (Azərbaycan) müştəriləri həmçinin aşağı komissiya və sərfəli konvertasiya şərtləri ilə Rusiyanın istənilən bankına pulköçürmə xidmətindən istifadə edə bilərlər.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Birbank-dan təqaüdçülərə özəl sərfəli  kredit təklifi

Birbank-dan təqaüdçülərə özəl sərfəli  kredit təklifi Birbank təqaüdçülər…
►►►
İqtisadiyyat / Biznes

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır Maliyyə…
►►►
İqtisadiyyat / Biznes

Minimal komissiya ilə xaricə köçürmə fürsətini qaçırma!

Minimal komissiya ilə xaricə köçürmə fürsətini qaçırma! Yelo Bank-ın xaricə pul…
►►►