KİSU Bakıda konsert proqramı ilə çıxış etdi

28 mart tanınmış Cənubi Koreyanın ifaçısı KİSU Bakıda StereoHallda konsert proqramı ilə çıxış etdi. KİSUnun Bakı konsertini KoreanShopBaku tərəfindən təşkil olundu.

Keçmiş 24K qrupunun üzvü olan Kisu (Choi Ki-su) , solo karyerası ilə K-POP dünyasında böyük uğur qazanıb və bir neçə ölkədə konsert proqramları ilə çıxış edib.

Azərbaycan pərəstişkarlarını salamlayaraq,  Kisu Bakıda konsert verməyindən məmnun olduğunu bildirib. Populyar müğənni ən hit mahnılarını ifa edib. Onların arasında: “Boyfriend”, “Beautiful”, “Will Be Fine” ,”Goodbye” , “Waves of You”, “Bingo”, “Boy” və s.

DJ ChaChaGirls çıxışı gəcəyə xüsusi rəng qatıb. Konsertdən sonra Kisu pərəstişkarları ilə görüşüb, onlarla şəkil çekdirib və avtoqraf verib.
Kisu öz instagram səhifəsində Bakı konsertindən paylaşım edib: “Azərbaycana gəlməzdən əvvəl çox narahat idim. Çünki heç bir K-pop müğənnisi bura gəlməmişdi və bu barədə heç bir məlumatım yox idi. Bu, məni həqiqətən çox narahat edirdi. Amma bura gəldikdən sonra fikrim tamamilə dəyişdi.

Azarkeşlər səsimə sevindi, çılğıncasına coşdu və birlikdə inanılmaz gözəl vaxt keçirdik! Mən mütləq buraya yenidən qayıtmaq istəyirəm. Mən yenidən geri qayıdanda məni görməyə gələcəksən? Əgər gələcəksənsə, şərhlərdə Azərbaycan və Koreya bayraqlarını birlikdə paylaş”.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►