7500 nəfər “Milli Proqram” istifadəçisi ödənişsiz kurslara start verir

Aprelin 1-dən etibarən “4Sİ Akdemiyası” çərçivəsində ilk 7500 iştirakçı “Coursera” platformasında 6 həftəlik ödənişsiz kurslara start verir.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) məlumatına görə, “Milli Proqram” çərçivəsində qeydiyyatdan keçmiş ilk qrup istifadəçilər 1 aprel tarixindən etibarən dünyanın 350-dən çox nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətlərinin 8000-dən çox kurs və proqramından ödənişsiz yararlana biləcək.

Proqram çərçivəsində “Coursera”da tədris olunan 2500 kurs süni intellektin köməyi ilə tərcümə edilərək Azərbaycan dilində altyazı ilə istifadəyə verilib.

“Milli Proqram” çərçivəsində 2-ci kohort üçün qeydiyyat pəncərəsi yaxın günlərdə elan olunacaq.

“Milli Proqram” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və “Coursera” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində icra olunur. Proqramın məqsədi rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və rəqabətli insan kapitalının inkişafına dəstək verməkdir. SOCAR, “PashaHolding”, bp və JOCAP şirkətləri bu proqramın əsas tərəfdaşlarıdır.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib AZCON…
►►►
Elm / Texnologiya

Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir

Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir Mobil operator…
►►►
Elm / Texnologiya

Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib “Startap” şəhadətnaməsi…
►►►