“Azercell Könüllüləri” bayram günlərində növbəti xeyriyyə təşəbbüsünü həyata keçirdi

“Azercell Könüllüləri” Novruz və Ramazan bayramları münasibətilə ənənəvi xeyriyyə yarmarkasını həyata keçiriblər. Yarmarka çərçivəsində əldə olunan vəsaitlər sayəsində könüllülər Bakı və ətraf qəsəbələr, Sumqayıt, Goranboy, İsmayıllı, Qəbələ, Lənkəran, Gəncə, Ağdaş və Ağcabədidə yaşayan 120-dən çox ailəyə bayram sevinci yaşadıblar. 

Builki təşəbbüsə “Azercell Telekom” MMC-nin əməkdaşları ilə yanaşı “Aztelekom” MMC-nin əməkdaşları da qoşulub.   Ailələrin siyahısını yerli icra hakimiyyətləri və “Zəfər” İB təqdim edib.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Azercell Könüllüləri” təşəbbüsü  mütəmadi şəkildə xeyriyyə aksiyaları təşkil edir.  

Daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/

Əlaqədar məqalələr
City Life

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert…
►►►
City Life

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək Avropa İttifaqının (Aİ)…
►►►
City Life

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz....

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard…
►►►