Paytaxt üzrə pərakəndə ticarət dövriyyəsi 4 faizdən çox artıb

Bu ilin yanvar-fevral aylarında Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 5621,2 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 1,4 faiz artaraq 3057,9 milyon manat, qeyri-ərzaq malları isə 8 faiz artaraq 2563,3 milyon manat təşkil edib.

İstehlak məhsullarının 36,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası

AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası Azərbaycanda mikro…
►►►
İqtisadiyyat / Biznes

Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka....

Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb Qara…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının....

Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb Yelo…
►►►