Nizami Kino Mərkəzində “Bəlkə də…”!

Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyovun müəllifliyi ilə ərsəyə gətirilən “Bəlkə də…” filmi  Nizami Kino Mərkəzində nümayiş olunur.

Elmi-fantastik, mistik və tragikomediya janrlarında çəkilən ekran işi şəxsi itkilər və zamanla bağlı peşmanlıqları əks etdirir.
Rolları  Taleh Yüzbəyov, İranə Kərimova, Günay Əhməd, Nurlan Rüstəmov, Əli Əlizadə, Azər Aydəmir, Kamran Ağabalayev və Əlixan Rəcəbov canlandırır.

“Bəlkə də…” – yaxınlarını itirmiş iki insanın qəfil tanışlığı və zaman maşını ilə keçmişə qayıtmaq arzusu üzərində qurulan elmi-fantastik hekayədir. İxtiraçı atasına verdiyi sözü, Mələk isə nişanlısını xilas etmək istəyir. Amma zaman maşınını hazırlamağa yaxın olduqca, onları gözlənilməz hadisələr və o dünyadan gələn ruhlar narahat etməyə başlayır. Və əsl çətinlik bundan sonra başlayır…

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►