Xarici bazarlara tərəvəz məhsullarının ixracı 5 faizədək artıb
Bu ilin yanvar-mart aylarında ölkədən ənənəvi xarici bazarlara ümumilikdə 48 030,7 min ABŞ dolları dəyərində 42 117,7 ton tərəvəz ixrac olunub.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artım qeydə alınıb.
Xarici bazarlara aqrar məhsullarının, o cümlədən tərəvəz məhsullarının ixracı davam edir.