Tütün sahələrinin sığortalanmasına başlanılıb

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində tütün sahələrinin sığortalanmasına başlanılıb.

Aqrar Sığorta Fondunun məlumatına görə, sığorta haqqına tətbiq edilən 50 faizlik dövlət subsidiyası sayəsində fermerlər cüzi məbləğ ödəməklə tütün əkinlərini sığorta edə bilərlər.

Belə ki, Şəki-Zaqatala regionunda 1000 manatlıq tütün məhsulunun sığorta haqqı 64 manat təşkil edir, bu məbləğin yarısı dövlət tərəfindən qarşılanır, fermer isə 32 manat ödəməklə məhsulunu sığortalaya bilər. Lənkəran-Astara iqtisadi rayonunda isə 1000 manatlıq tütün məhsulunun sığortası fermerə cəmi 12 manata başa gəlir.

Qeyd edək ki, təkcə 2024-cü ildə ölkədə 5931 ton tütün istehsal olunub ki, bu, 2023-cü ilin istehsal həcmindən 671 ton və ya 12 faiz çoxdur.

Təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatla Fondun rəsmi səhifəsindən (asf.gov.az) tanış olmaq olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►