BOKT “International” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
10 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | BOKT “International” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2030021029, AZ2025021026, AZ2026021025, AZ2027021024 |
| İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Rəqabətli hərrac |
| İstiqrazların sayı | 1,000 ədəd (hər bir İSİN kod üçün 250 ədəd olmaqla) |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| İstiqrazların buraxılış həcmi | 1,000,000 manat (hər bir İSİN kod üçün 250,000 manat olmaqla) |
| İllik gəlirlilik faizi | 15% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir. |
| Tədavül müddəti | 2 il |
| Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
| Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |








