Azercellvə Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

“Azercell Telekom” MMC sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunmasını və onların cəmiyyətə uğurlu inteqrasiyasını dəstəkləyir.

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi uzunmüddətli əməkdaşlıqlarını davam etdirir. Bu tərəfdaşlıq çərçivəsində 2025-ci il ərzində sağlamlıq imkanları məhdud 120-dək uşaq parastolüstü tennis, parapauerliftinq, paracüdo, paraüzgüçülük və parataekvondo kimi paralimpiya idman növləri üzrə müxtəlif tədbirlərdə iştirak edəcək.

İnklüziv idmanın inkişafına töhfə verməyi və sağlamlıq imkanları məhdud uşaqların  potensiallarını reallaşdırmalarına imkan yaratmağı hədəfləyən Azercell, 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatını dəstəkləyir. Şirkətin dəstəyi sayəsində bu illər ərzində yüzlərlə uşaq idmanla məşğul olmaq imkanı əldə edib, Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafı ilə yanaşı, həm də sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji inkişafına, onların motivasiyasının və sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.

Əlaqədar məqalələr
City Life

Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda!

Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda! Türk pop musiqisinin…
►►►
City Life

Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib

Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib Unibank ölkəmizdə daha bir…
►►►
City Life

Kapellhaus-da şam işığında Vivaldi gecəsi

Kapellhaus-da şam işığında Vivaldi gecəsi 25 mart tarixində Bakının tarixi…
►►►