AccessBank üç nominasiya üzrə qalib oldu!

Azərbaycanın maliyyə sektorunun fəal iştirakçılarından biri olan AccessBank, növbəti dəfə bank sektorundakı mövqeyini və əhəmiyyətini təsdiqləyib. Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bankçılıq Mükafatları – 2024” tədbirində bank üç nüfuzlu nominasiyada qalib adını qazanıb.

AccessBank fəaliyyət göstərdiyi müddət ərzində müştərilərə yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etməklə yanaşı, korporativ sosial məsuliyyət (KSM), maliyyə savadlılığının artırılması və maliyyə əlçatanlığının artırılması sahəsində də fəallığı ilə seçilib. Bu istiqamətdə həyata keçirilən davamlı təşəbbüslər nəticəsində bank aşağıdakı nominasiyalar üzrə mükafatlandırılıb:

  • Korporativ Sosial Məsuliyyət
  • Maliyyə Savadlığı Dəstəkçisi
  • Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması sahəsində tədbirlər həyata keçirən ABA üzvü

Bu nailiyyətlər AccessBank komandasının sosial məsuliyyətə sadiqliyi və maliyyə inklüzivliyinin artırılması sahəsində atdığı uğurlu addımların nəticəsidir. AccessBank olaraq, gələcəkdə də cəmiyyətin inkişafına töhfə verən layihələrə və müştəriyönümlü fəaliyyətlərə davam etmək əzmindəyik.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .