ABB ABA-nın 6 mükafatını qazandı

ABB 2024-cü ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının 6 mükafatına layiq görülüb. Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb: “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, “Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”.

Xatırladaq ki, bankların rəqəmsal inkişaf səviyyəsinin müəyyənləşdirilməsi sahəsində dünyanın ən böyük araşdırması olan “Deloitte Digital Banking Maturity 2024” (DBM-2024) hesabatının nəticələrinə görə, ABB ötən il müxtəlif meyarlar əsasında ölkə üzrə lider mövqedə qərarlaşıb.
ABB ötən il COP29 tədbirinin əsas bank tərəfdaşı olub. COP29-un “Yaşıl zonası”ndakı pavilyonunda dayanıqlılıq mövzusunda çoxsaylı tədbirlər keçirib. Bank həmçinin ötən il beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını təqdim edib.

ABB 2024-cü ildə real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlara yeni fürsətlər yaradıb. Kiçik sahibkarlar üçün nəzərdə tutulmuş və onlara geniş imkanlar yaradan ABB Biz tətbiqini bazara təqdim edib. Həmçinin rəqəmsal ödənişlər sahəsində innovativ layihələrini davam etdirərək “ABB – AZAL Miles” kartı kimi məhsullarını müştərilərin istifadəsinə verib.

ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini də il ərzində uğurla davam etdirib. Əhalinin maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici layihələr reallaşdırıb, o cümlədən ABB səhmlərinin kütləvi emissiyası kampaniyasını uğurla həyata keçirib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

ABB binasında Libraff!

ABB binasında Libraff! ABB-nin törəmə şirkəti olan “ABB İnvest” investisiya…
►►►
İqtisadiyyat / Biznes

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı “Unibank”ın…
►►►
İqtisadiyyat / Biznes

Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir

Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir Unibank neft…
►►►