Xalq artisti Tünzalə Ağayeva ilə Samir Piriyev duetlərini ekranlaşdırdılar

Xəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva sevimli müğənni Samir Piriyev ilə birlikdə yeni işbirliyinə imza atıb.

Rockvell xəbər verir ki, sənətçilərin “Sənin yanında” adlı duetləri işıq üzü görüb. Mahnının musiqisi bəstəkar Fərid Kərimli, sözləri isə Tural Xaniyə məxsusdur. Aranjıman Eşqin Ağayevə aiddir.

Sözügedən əsər üçün müğənnilər kamera qarşısısına da keçiblər. Klipin rejissoru Xəyal Murtuzov, operatoru isə Fərid İsmayılovdur.

Pop ulduzun saç və makiyajını tanınmış stilist Sabir Bağırov edib. Geyim rəssamı Xalq artistinin şəxsi stilisti Şamxal Ramazanlıdır.

Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

Ekran işi estrada ulduzunun şəxsi “Youtube”səhifəsində və bütün musiqi platformalarında yayımlanıb.

Əlaqədar məqalələr
City Life

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert…
►►►
City Life

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək Avropa İttifaqının (Aİ)…
►►►
City Life

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz....

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard…
►►►