SOCAR İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olub.

SOCAR informasiya sistemləri və ehtiyatlarını qismən “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. “AzInTelecom” MMC tərəfindən Dövlət Neft Şirkətinə Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin edilib. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) həyata keçirdiyi “Hökumət buludu” layihəsinin icraçısı “AzInTelecom” MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Ehtiyat igidin yaraşığıdır

Ehtiyat igidin yaraşığıdır: 84% istifadəçi məlumatların ehtiyat nüsxəsini elektron…
►►►
Elm / Texnologiya

Kaspersky: Azərbaycanda uşaqları onlayn oyunlarda kibertəhlükələrdən qorumağın qaydaları

Kaspersky: Azərbaycanda uşaqları onlayn oyunlarda kibertəhlükələrdən qorumağın…
►►►
Elm / Texnologiya

Azercell Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib

Azercell Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib Şirkət…
►►►