Firəngiz Mütəllimovanın benefisi:  “Varlı qadın” tamaşasının premyerası oldu

Aprelin 18-da Akademik Milli Dram Teatrında “Varlı qadın” tamaşasının premyerası keçirilib. Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri Xalq artisti Firəngiz Mütəllimovanın benefis tamaşasıdır.

Premyerada Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi Əli Əmirli, Teatr Xadimləri İttifaqının sədr müavini Azad Şükürov Firəngiz Mütəllimovanın  səhnə fəaliyyəti haqqında çıxış edib, onu sənətkar və insan kimi yüksək dəyərləndiriblər. Firəngiz Mütəllimovaya Akademik Milli Dram Teatrının “Yubiley” mükafatı və Teatr Xadimləri İttifaqının “Teatr xadimi” qızıl medalı təqdim olunub.

Firəngiz Mütəllimova sənətinə göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Orxan Murtuzov, rejissor assistenti Xanımbacı Həsənovadır.

Tamaşada Xalq artistləri Firəngiz Mütəllimova (Həvva), Sabir Məmmədov (Sarı), aktyor Elçin Nurəliyev (Qara), əməkdar artistlər Elşən Cəbrayılov (Vəkil), Rövşən Kərimduxt (Əlvan), aktyorlar Natiq Fərzəliyev (Pəhləvan), Ramin Şıxəliyev (Dilənçi), Rada Nəsibova (Şadxəbər), Məhsəti Tahirzadə (Bədxəbər), Firuzə Balayeva (Fotoqraf), Afət Məmmədova (VAAQ müdiri), Muhuma Sahov və Tural İbrahimov (Cangüdənlər) çıxış edir.

“Varlı qadın” tamaşası böyük pulların insan mənəviyyatı və ailə dəyərləri üzərində hökmranlığı haqqındadır. Tamaşanın qəhrəmanları qəfil və gözlənilməz xəbərdən təkcə maddi azadlıq əldə etmirlər, həm də mənəvi eybəcərliyə könüllü təslim olurlar.

Həvva Zərlinskaya və professor Qara maddi ehtiyac hissi ilə yaşayırlar. Ailə-məişət sıxıntıları onların bir-birinə olan hörmət hissini itirib, mübahisələr tez-tez komedik situasiyalar yaradır.

Həvva intihar etməyə qərara gəlir, amma bu anında qapı döyülür. Gələn vəkil bildirir ki, Həvva Zərlinskayanın xaricdə vəfat edən qohumu miras qalan öz var-dövlətini ona vəsiyyət edib. Var-dövlətə hüquqi tərəfdən sahib olmaq üçün isə Həvva boşanıb mərhumun nəslindən olan kişi ilə yenidən evlənməlidir.

Premyera böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Xalq artisti Röya Ayxan Kann Film Festivalına qatılıb

Xalq artisti Röya Ayxan 78-ci Kann Film Festivalına qatılıb Sənətçi dünya üzrə məşhur…
►►►
İncəsənət / Dəb

Azərbaycan Xalçalarının Möhtəşəmliyi: Sənət Vasitəsilə Öyrənmək

Niderlandda “Azərbaycan Xalçalarının Möhtəşəmliyi: Sənət Vasitəsilə Öyrənmək”…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 2025: Moda, Yaradıcıq və Davamlılıq

Azerbaijan Fashion Week 2025: Moda, Yaradıcıq və Davamlılıq 20-25 may 2025 tarixlərində…
►►►