AZPROMO və NDRC arasında görüş keçirilib

Tərəflər birgə işgüzar tədbirlərin keçirilməsi, ortaq maraqlara əsaslanan investisiya tərəfdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Xarici kapital departamentinin baş direktorunun müavini Vu Honlianq ilə görüşüb.

Tərəflər konfransın Azərbaycan-Çin investisiya tərəfdaşlığının təşviqinin təmin olunması və inkişaf etdirilməsi baxımından vacib platforma kimi yüksək qiymətləndirib, gələcəkdə sözügedən mexanizmin reallaşdırılmasının davam etdirilməsinin önəmini vurğulayıblar. Bildirilib ki, hər iki tərəfdən 200-dək şirkətin konfransa qatılması Çin və Azərbaycanın işgüzar dairələrinin birgə layihələrin həyata keçirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına fəallığını və hazır olduğunu əyani şəkildə nümayiş etdirir.

Görüşdə AZPROMO və NDRC ilə konfrans çərçivəsində imzalanan Anlaşma Memorandumunun Çin şirkətlərinin ölkəmizdə investisiya fəaliyyətinə cəlb olunması prosesini asanlaşdıracağı və Çin kapitalının Azərbaycana axınının artımına müsbət təsir göstərəcəyi qeyd edilib.

Qeyd edək ki, aprel ayının 17-də AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və NDRC-nin birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib. Tədbir çərçivəsində AZPROMO və NDRC-nin Beynəlxalq Əməkdaşlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

"AFB BANK" ASC-nin istiqrazlarının abunə....

“AFB BANK” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-ın dəstəyi ilə PR Forum 2025 uğurla keçirildi

Yelo Bank-ın dəstəyi ilə PR Forum 2025 uğurla keçirildi 10 oktyabr 2025-ci ildə Finance…
►►►
İqtisadiyyat / Biznes

“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyə və Qırğızıstanda işgüzar səfərdə olub

“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyə və Qırğızıstanda işgüzar səfərdə…
►►►