Azərbaycan və Çin sahibkarları arasında B2B görüş keçirilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən ASK Business Consulting və KAC Exponun tərəfdaşlığı ilə növbəti B2B formatlı işgüzar görüş təşkil olunub.

Konfederasiyanın məlumatına görə, tədbir çərçivəsində Çin Xalq Respublikasının müxtəlif sahələr üzrə ixtisaslaşmış və beynəlxalq təcrübəyə malik aparıcı şirkətləri ilə yerli sahibkarlar arasında birbaşa əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə əsas məqsəd infrastruktur, tikinti, rəqəmsal texnologiyalar, yaşıl enerji, kənd təsərrüfatı, sənaye avadanlıqları, ticarət və xidmət sahələrində Çin şirkətləri ilə Azərbaycan biznesi arasında birbaşa əlaqələrin qurulması və əməkdaşlıq formatlarının müəyyənləşdirilməsi olub.

Tədbir çərçivəsində baş tutan ikitərəfli görüşlər maraq sahələrinin müəyyən olunması və yerli sahibkarlar üçün beynəlxalq bazarlara çıxış imkanlarını artırmaq və strateji xarici əlaqələri gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Böyük Britaniya ilə iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edilib

Böyük Britaniya ilə iqtisadi və maliyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə…
►►►
İqtisadiyyat / Biznes

Hacıqabulda sahibkarlarla görüş keçirilib

Hacıqabulda sahibkarlarla görüş keçirilib Tədbirdə Hacıqabul rayonunda biznes və…
►►►
İqtisadiyyat / Biznes

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının....

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə ictimai…
►►►