“Nar” dan “OneRepublic” konsertinə xüsusi hədiyyə: Səhnəyə ən yaxın sən ol

Sərfəli mobil operator “Nar” 28 aprel tarixində Bakı Kristal Zalında baş tutacaq “OneRepublic” konsertinin əsas dəstəkçisi olaraq, musiqi həvəskarlarını sevindirəcək. Musiqi və əyləncə dolu bu tədbirə öz abunəçilərini daha da yaxın etmək məqsədilə “Nar” sosial şəbəkələrdə xüsusi müsabiqəyə start verib.

Müsabiqədə iştirak etmək üçün sadəcə “Nar”ın rəsmi “Instagram” səhifəsindəki paylaşımın şərh bölməsində dostunu işarələmək kifayətdir. İştirakçılar arasından 5 nəfər təsadüfi seçimlə qalib müəyyən olunacaq və hər biri 2 nəfərlik pulsuz bilet qazanacaq. Qeyd edək ki, müsabiqə 24 aprel saat 23:59-a qədər davam edəcək.

“Nar” gənclərin dinamik həyat tərzinə və musiqi zövqünə uyğun olaraq, texnologiya və əyləncəni bir araya gətirməyə davam edir. Həm musiqi, həm də hədiyyələrlə dolu bu fürsəti qaçırmayın!

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu AZCON Holding şirkətlərindən olan…
►►►
Elm / Texnologiya

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi Sərfəli mobil operator…
►►►
Elm / Texnologiya

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu AZCON Holding…
►►►