Heykəl” və “4 Təkər” komediyaları Nizami Kino Mərkəzində!

Nizami Kino Mərkəzində “Heykəl” və “4 Təkər” azərbaycan  filmləri nümayiş olunur.

Kinorejissor Amil Əli rejissoru və baş prodüseri olduğu “4 Təkər” filmi macəra-komediya janrında çekilib. Filmin ssenarisi məşhur aktyorlar Tərlan Nur Yaşar və Məcid Hüseynov tərəfindən yazılıb. Filmdə dörd yaxın dostun qarşılaşdıqları çətin vəziyyətdən necə çıxacaqlarından və ümumiyyətlə onların macəralarından bəhs edilir. Bununla yanaşı, həmçinin qumar oyunu kimi qanunsuz işlərlə məşğul olmağın acı nəticələri göstərilir. “4 Təkər” filminə həyat verən aktyorlar arasında Nofəl Şahlaroğlu, Ramil Abdullayev, Məcid Hüseynov, Tərlan Nur Yaşar, Ceyhun Məmmədov, Səmimi Fərhad, Rövşən Kərimduxt və digər tanınmış simalar yer alır.

Rejissor Natiq Novruzovun ” Heykəl” filmi komediya janrında çəkilib. Baş rolları Türkiyənin tanınmış aktyoru Selahatiın Tasdogen və Azərbaycan xalq artisti Şamil Suleymanlı ifa edir.

Türkiyədən Azərbaycana gələn, lakin içki aludəçiliyinə görə hər şeyini itirən Dursun təsadüfən bir iş adamının qırılmış heykəlinə bənzəyir. İş adamının oğlu ona iki həftə ərzində heykəl rolunu oynamağı təklif edir, Dursun isə bu fürsəti qəbul edir. Lakin bu müddətdə mafiya həmin heykəli oğurlamaq üçün villaya girir və Dursun gözlənilmədən hadisələrin mərkəzinə düşür. Komik və macəra dolu olayların sonunda Dursun ağıllı bir planla həm özünü, həm də ev sahibini xilas edir.

Əlaqədar məqalələr
City Life

Ədalət Şükürov yubiley konsert proqramı ilə çıxış edəcək

Ədalət Şükürov yubiley konsert proqramı ilə çıxış edəcək Azərbaycan…
►►►
City Life

Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda!

Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda! Türk pop musiqisinin…
►►►
City Life

Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib

Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib Unibank ölkəmizdə daha bir…
►►►